Qazaxıstanla Almaniya energetika və kritik minerallar sahələrində əməkdaşlığı müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
in
2026
21:30
ff

Qazaxıstanla Almaniya energetika və kritik minerallar sahələrində əməkdaşlığı müzakirə edib

29 in, 2026
21:30
277

Qazaxıstanla Almaniya energetika və kritik minerallar sahələrində əməkdaşlığı müzakirə edib

Qazaxıstanın Baş naziri Oljas Bektenov Almaniyanın federal iqtisadiyyat və energetika naziri Katerina Rayhe ilə danışıqlar aparıb.

"Report"un Qazaxıstan bürosu hökumətin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər iqtisadiyyat, investisiyalar, sənaye, energetika, nəqliyyat logistikası və kritik minerallar sahələrində əməkdaşlığın inkişafını müzakirə ediblər.

Oljas Bektenov qeyd edib ki, Almaniya Qazaxıstanın Avropa İttifaqında əsas ticari-iqtisadi və investisiya tərəfdaşlarından biridir. Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında qarşılıqlı ticarətin həcmi əvvəlki illə müqayisədə 9,5 % artaraq 4,4 milyard dollara çatıb.

Baş nazir vurğulayıb ki, Qazaxıstan ənənəvi ticarət-investisiya qarşılıqlı fəaliyyətindən daha inkişaf etmiş sənaye və texnoloji kooperasiyaya keçməkdə maraqlıdır.

"Biz istehsalın lokallaşdırılması, texnologiyaların transferi və yüksəkixtisaslı kadrların hazırlanması yolu ilə sənaye kooperasiyasının yeni səviyyəyə çıxarılmasında maraqlıyıq", - Bektenov deyib.

Uğurlu əməkdaşlıq nümunəsi kimi Almaniyanın "CLAAS" və "Horsch" şirkətlərinin Qazaxıstanda kənd təsərrüfatı maşınqayırması sahəsində həyata keçirdiyi layihələr qeyd olunub. Tərəflərin fikrincə, istehsalın mərhələli şəkildə lokallaşdırılması modeli sənayenin digər sahələrinə də şamil edilə bilər.

Katerina Rayhe, öz növbəsində, Qazaxıstanın inkişaf dinamikasını müsbət qiymətləndirib və Almaniyanın praktiki qarşılıqlı fəaliyyətin genişləndirilməsində maraqlı olduğunu bildirib.

"Almaniya şirkətləri Qazaxıstan iqtisadiyyatına fəal şəkildə investisiya yatırırlar, lakin mən əminəm ki, bu heç də son hədd deyil. Bizim qarşılıqlı fəaliyyət potensialımız əhəmiyyətli dərəcədə daha genişdir", - nazir qeyd edib.

Görüşün yekunlarına əsasən, tərəflər investisiya əməkdaşlığının genişləndirilməsini və Qazaxıstanla Almaniya arasında yeni layihələrin işə salınması üzrə birgə işi davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.

Bizimlə əlaqə saxlayın

×
×