Azərbaycanda tikinti materiallarının təhlükəsizliyi haqqında milli texniki reqlament hazırlanır
sizinxeber.az xəbər saytı

Azərbaycanda tikinti materiallarının təhlükəsizliyi haqqında milli texniki reqlament hazırlanır


Azərbaycanda “Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında milli texniki reqlament” layihəsinin hazırlanması istiqamətində görülən işlər müzakirə olunub.

"Sizinxeber.az" bu barədə Azərbaycan Standartlaşdırma İnstitutuna (AZSTAND) istinadən xəbər verir.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun bazasında yaradılan “Tikinti materialları, məmulatları və konstruksiyaları”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 10) onlayn formatda növbəti iclası keçirilib.

İclasda Avropa və dövlətlərarası standartlar əsasında hazırlanmış dam örtüyü və divarların üzlənməsi üçün beton plitələrə, daş hörgünün köməkçi elementlərinə, keramik plitələr üçün yapışdırıcılara, beton yol örtüklərinə, yığma dəmir-beton məhsullarına, inşaat konstruksiyalarının və əsaslarının etibarlılığına dair tələbləri müəyyənləşdirən dövlət standartlarının layihələri müzakirə edilib, eləcə də dövri yoxlanılması aparılacaq standartlara baxılıb.

Bundan əlavə, ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planından irəli gələn tapşırıqların icra vəziyyəti, “Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında milli texniki reqlament” layihəsinin hazırlanması istiqamətində görülən işlər barədə məlumat verilib. Texniki Komitənin cari fəaliyyəti, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, üzvlərin rəy və təklifləri dinlənilib.

Oxşar xəbərlər

Azərbaycanda keramik dam örtüyü plitələrinə dair dövlət standartları qəbul edilib
Naxçıvana xaricdən gətirilən tikinti materiallarının standartlara uyğunluğu yoxlanılacaq
Azərbaycanda milli standartlaşdırma ilə bağlı yeni proqram hazırlanır
Azərbaycanda əməyin təhlükəsizliyi sahəsində yeni dövlət standartları qəbul edilib
Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər