Azərbaycan gömrükçüləri brilyant qaşlar aşkar edib
sizinxeber.az xəbər saytı

Azərbaycan gömrükçüləri brilyant qaşlar aşkar edib


Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısını alıblar.

"Sizinxeber.az" Komitəyə istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının əl yükünə gömrük yoxlaması keçirilən zaman monitorda şübhəli cizgilər müşayiət olunub və gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı həmin şəxsin çantasında olan pul qabında gömrük orqanlarına bəyan edilməyən 7 ədəd kiçik ölçülü sellofan paketlərdə 111,95 karat brilyant qaşlar aşkarlanıb.

Oxşar xəbərlər

Brilyant qaşların gömrükdən qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb
Azərbaycanda 25 kq-dan çox gümüşün qanunsuz yolla gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
Xeyli miqdarda malların gömrük nəzarətindən yayındırılmasının qarşısı alınıb
Azərbaycana diş implantlarının bəyan edilmədən gətirilməsinin qarşısı alınıb
Azərbaycan gömrükçüləri dərman vasitələri aşkar edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər