Azərbaycanda sosial müəssisələrdəki şəxslərin qida normaları yenidən müəyyən ediləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda sosial müəssisələrdəki şəxslərin qida normaları yenidən müəyyən ediləcək


Prezident İlham Əliyev “Yaşayış minimumu haqqında” qanunda dəyişiklik edilməsi barədə 21 iyun 2025-ci il tarixli qanunun tətbiqi və “Yaşayış minimumu haqqında” qanunun tətbiq edilməsi barədə 29 dekabr 2004-cü il tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

"Sizinxeber.az" xəbər verir ki, fərmana əsasən, qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət başçısı həyata keçirir, səlahiyyətli orqanlar dedikdə isə Nazirlər Kabineti və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

Nazirlər Kabineti “Yaşayış minimumu haqqında” qanunun 3.3-cü maddəsinə uyğun olaraq, tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarını üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməli, yenilənmiş qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Oxşar xəbərlər

“Yaşayış minimumu haqqında” qanuna dəyişiklik birinci oxunuşda qəbul edilib
Azərbaycanda tibb, təhsil və sosial müdafiə müəssisələrində yeni qida normaları təsdiq ediləcək
Parlament tibb, təhsil və sosial müəssisələrdə yeni qida normalarının təsdiqi ilə bağlı dəyişikliyi qəbul edib
Prezident alkoqollu içkilərə minimum qiymət qoyulması haqqında qanunu təsdiqləyib
Azərbaycanda diplomatik korrespondensiyanın daşınması qaydası hazırlanacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər