Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 2 dəfə artıb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında quraşdırılmış yeni nəsil nəzarət-kassa aparatları (NKA) ilə qeydə alınan dövriyyə 226,2 milyon manat təşkil edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 124,9 milyon manat və ya 2,2 dəfə çoxdur.
Bu il avqustun 1-də qədər bölgədə 3 678 ədəd yeni nəsil NKA quraşdırılıb.
İndiyə qədər Naxçıvanda “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1,7 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Bu ilin 7 ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə artaraq 800,9 min manat olub.
Oxşar xəbərlər
Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10 % artıb
Naxçıvanda istehlakçılara qaytarılan ƏDV-nin məbləği 2,1 dəfə artıb
Naxçıvanda vergi daxilolmaları 29 % artıb
Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 12.2 mlrd. manatı ötüb
Naxçıvanda icbari tibbi sığorta daxilolmaları 17 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













