Anar Bağırov: Türk dövlətlərinin ortaq hüquq konsepsiyasının və fəaliyyət planının hazırlamalıdır
Türk dövlətlərinin ortaq hüquq konsepsiyasının və fəaliyyət planının hazırlanması, türk dövlətləri hüquq peşələrini bir araya gətirən müştərək hüquq platformasının təsis olunmasıdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Baş Prokurorluq və Ədliyyə Nazirliyi tərəfindən Şəbəkənin fəaliyyəti çərçivəsində “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” mövzusunda beynəlxalq konfransda deyib.
Kollegiya sədri deyib ki, bu platforma hüquqi bilik və təcrübə mübadiləsini asanlaşdıracaq, hüquq peşələri arasında əməkdaşlığı genişləndirəcək və ortaq hüquqi problemlərə daha effektiv və çevik həll yolları tapmağa şərait yaradacaq:
"Platforma eyni zamanda transmilli cinayətlərin qurbanlarına keyfiyyətli hüquqi yardım standartlarının işlənib hazırlanması və lazım olduqda onlara Pro Bono hüquqi yardımın göstərilməsi əsaslarının müəyyən edilməsi üçün də bir baza rolunu oynaya bilər.
Hüquqşünas kadrların hazırlanmasında irəliləyişə nail olunması hüquq münasibətlərində transmilli aspektlərin hüquqi tənzimlənməsinin əsaslarından biridir. Bu zaman hüquqşünas kadrların hazırlanması üzrə bakalavr və magistratura istiqamətlərində ikili diplom proqramlarının qurulması əhəmiyyətli olardı. Həmçinin, birgə hüquq nəşrlərinin dərc edilməsi, bu sahədə türk ölkələrinin hüquq sistemlərinin müqayisəli öyrənilməsi və ortaq hüquq lüğətinin tərtib olunması da bizim üçün prioritet məsələlərdən olmalıdır.
İqtisadi əməkdaşlığın inkişafı mübahisələrin alternativ həlli institutlarının daha da təkmilləşdirilməsini və ortaq mübahisərin alternativ həlli institutlarının təşkilini zəruri edir. Belə institutlar iqtisadi mübahisələrin vaxtında və səmərəli həllinə kömək edərək, işgüzar dairələr arasında inam və əməkdaşlığı gücləndirəcəkdir. Bu institutlar, həmçinin hüquqi proseslərin sürətlənməsinə və məhkəmə yüklərinin azalmasına töhfə verəcək".
Oxşar xəbərlər
Bakıda “Hüquq münasibətlərində transmilli aspektlər: müasir çağırışlar və hədəflər” adlı beynəlxalq konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror: Türk dövlətlərinin birliyi hüquq-mühafizə orqanlarının fəaliyyətinə çox müsbət təsir edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Anar Bağırov: Dövlət hesabına hüquqi yardım üçün vəkillərə ödənilən vəsait qənaətbəxş deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda "Hüquq və iqlim" adlı beynəlxalq konfrans keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Vəkildən tələbəyə” layihəsinə start verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












