Azərbaycan I rübdə plastmassa məmulatları ixracından 65 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-mart aylarında Azərbaycan 65 milyon 392 min dollar dəyərində 67 min 751 ton plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu məmulatların ixracı həcm baxımından 6 min 661 ton (8,9 %), dəyər baxımından isə 16 milyon 351 min dollar (20 %) azdır.
Hesabat dövründə sözügedən məmulatlara çəkilən xərc Azərbaycanın ümumi ixrac xərclərinin 1,2 %-ni təşkil edib.
3 ayda Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.
Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycan çay ixracını artırıb, idxalını isə azaldıb
Azərbaycan tomat ixracından gəlirini 1 % artırıb
Azərbaycanın xurma ixracından gəliri 3 %-ə yaxın azalıb
Azərbaycan şəkər ixracından gəlirini 34 % artırıb
Azərbaycan alma ixracından gəlirini 29 %-ə yaxın artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
