Azərbaycan tomat ixracından gəlirini 1 % artırıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan 35 min 67 ton tomat ixrac edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə tomatın dəyəri 45 milyon 89 min ABŞ dolları olub.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 519,9 min dollar (1,1 %) çox, həcm baxımından isə, 1 033 ton (2,8 %) azdır.
Hesabat dövründə tomat ixracından əldə edilmiş gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,8 %-ni təşkil edib.
Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.
Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycan alma ixracından gəlirini 29 %-ə yaxın artırıb
Azərbaycan meşə fındığı ixracından gəlirini 58 % artırıb
Azərbaycan kartof ixracından gəlirini 73 % artırıb
Azərbaycanın xurma ixracından gəliri 3 %-ə yaxın azalıb
Azərbaycanın meyvə-tərəvəz ixracından gəlirləri 187 milyon dolları ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
