Azərbaycan mis ixracından gəlirini 12 dəfəyə yaxın artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan mis ixracından gəlirini 12 dəfəyə yaxın artırıb


Bu ilin yanvar-mart aylarında Azərbaycan 60 milyon 856 min ABŞ dollar dəyərində 60 min 856 ton mis filizləri və konsentratları ixrac edib.

"Sizinxeber.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 55 milyon 638 min (11,6 dəfə), həcm baxımından isə 24 min 148 ton (7,4 dəfə) çoxdur.

Hesabat dövründə mis filizləri və konsentratlarının ixracından əldə olunan gəlir ümumi ixrac gəlirlərinin 1,1 %-ni təşkil edib.

3 ay ərzində Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycan alma ixracından gəlirini 29 %-ə yaxın artırıb
Azərbaycan tomat ixracından gəlirini 1 % artırıb
Azərbaycan meşə fındığı ixracından gəlirini 58 % artırıb
Azərbaycanın pambıq ixracından gəliri 11 %-dən çox azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər