Azərbaycan kartof ixracından gəlirini 73 % artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan kartof ixracından gəlirini 73 % artırıb


Bu ilin yanvar-mart aylarında Azərbaycan 1 618 ton kartof ixrac edib.

"Sizinxeber.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə kartofun dəyəri 570 min ABŞ dolları olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 608 ton (60 %), dəyər baxımından isə 241 min 915 dollar (73 %) çoxdur.

Hesabat dövründə kartof ixracından əldə edilən gəlir Azərbaycanın ixrac gəlirlərində cüzi paya malik olub.

Bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.

Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycan nar ixracını 19 % azaldıb
Azərbaycan meşə fındığı ixracından gəlirini 58 % artırıb
Azərbaycan buğda idxalını 29 % artırıb
Azərbaycanın pambıq ixracından gəliri 11 %-dən çox azalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər