Azərbaycan əczaçılıq məhsullarının ixracından gəlirini 19 %-ə yaxın artırıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan 125,169 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
"Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,6 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 0,973 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 18,5 % çoxdur.
Əczaçılıq məhsulları üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 3,13 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,02 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.
Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.
Oxşar xəbərlər
Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 4 %-dən çox azaldıb
Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 5 %-ə yaxın artırıb
Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 16 % azaldıb
Azərbaycan kakao ixracından gəlirini 27 %-ə yaxın artırıb
Azərbaycan gübrə ixracından gəlirini 78 % artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
