Azərbaycan süddən hazırlanan yağların idxalına çəkdiyi xərci 33 % artırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan süddən hazırlanan yağların idxalına çəkdiyi xərci 33 % artırıb


Bu ilin I yarısında Azərbaycan 13 min 554 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

“Sizinxeber.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə yağın dəyəri 94 milyon 600 min ABŞ dolları təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 45 ton (0,3 %), dəyər baxımından isə 23 milyon 556 min ABŞ dolları (33,1 %) çoxdur.

Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,8 %-ni təşkil edib.

Oxşar xəbərlər

Azərbaycan yağ idxalını kəskin artırıb
Azərbaycan süddən hazırlanmış yağların idxalını 42 %-ə yaxın artırıb
Azərbaycan süddən hazırlanmış yağ idxalını 17 %-dən çox artırıb
Azərbaycan ət idxalına çəkdiyi xərci 50 %-dən çox artırıb
Azərbaycan çay idxalı və ixracını artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle