Azərbaycan süddən hazırlanmış yağ idxalını 17 %-dən çox artırıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2025
15:30

Azərbaycan süddən hazırlanmış yağ idxalını 17 %-dən çox artırıb

28 may, 2025
15:30
514

Azərbaycan süddən hazırlanmış yağ idxalını 17 %-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 9 min 323 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə yağların idxal dəyəri 65 milyon 474 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 387 ton (17,4 %), dəyər baxımından isə 24 milyon 499 min ABŞ dolları (59,7 %) çoxdur.

Hesabat dövründə kәrә yağı vә süddәn hazırlanmış digәr yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7%- ni təşkil edib.

Bizimlə əlaqə saxlayın