Bilgəh Kardioloji Sanatoriyasında şərait yaxşılaşdırılır
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sanatoriya və istirahət mərkəzlərində müasir və rahat şəraitin yaradılması istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirilir.
Bilgəh Kardioloji Sanatoriyasında da abadlıq işləri aparılaraq şərait yaxşılaşdırılıb. Bununla əlaqədar Konfederasiyanın, Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəhbər vəzifəli şəxsləri və Milli Məclisin deputatları sanatoriyada görülmüş işlərlə tanış olublar.
Məlumat verilib ki, sanatoriyanın yeməkxanası, kottecləri, korpus otaqları, eləcə də fəvvarələr təmir edilib, ərazi yaşıllaşdırılıb. Həmçinin sanatoriyada Wi-Fi internet, IP telefoniya və müasir işıqlandırma sistemləri qurulub, təhlükəsizlik kameraları quraşdırılıb. Bununla yanaşı, çimərlik sahəsində də abadlıq işləri aparılıb.
Sanatoriyada tibbi müalicə və qidalanma prosesi müasir sanatoriya konsepsiyasına uyğun şəkildə təşkil olunur.
Tədbir iştirakçıları sanatoriyanın ərazisini gəzib, yaradılmış müalicə və istirahət şəraiti ilə tanış olublar.
17,5 hektar ərazidə yerləşən Bilgəh Kardioloji Sanatoriyası 316 çarpayılıqdır. Profili ürək və qan-damar sistemi xəstəlikləri olan sanatoriya ilboyu fəaliyyət göstərir. 2025-ci il yanvarın 1-dən iyunun 30-dək 2500 həmkarlar ittifaqı üzvü sanatoriyanın xidmətlərindən yararlanıb. Bu da 2024-cü ilin müvafiq dövrünə nisbətən 2,3 dəfə çoxdur.
Oxşar xəbərlər
Azərbaycanda "e-ahik" elektron informasiya sistemi istifadəyə verilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının törəməsi yenidən təşkil edilir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yeni sosial layihəyə start verir
AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
Emilya Səfərəliyeva: KTİM Azərbaycanda turizm sektorunun inkişafına töhfə verməyə çalışır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Oyun zamanı meydançada öldü












