Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının törəməsi yenidən təşkil edilir
sizinxeber.az xəbər saytı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının törəməsi yenidən təşkil edilir


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına məxsus "Kurort" QSC yenidən təşkil edilir.

“Sizinxeber.az” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb "Abşeron" İxtisaslaşdirilmiş Mədə-Bağirsaq Sanatoriyasının, "Bilgəh" Kardioloji Sanatoriyasının, "Qaranquş" İxtisaslaşdirilmiş Uroloji Sanatoriyasının, “Günəşli” İxtisaslaşdirilmiş Nevroloji Sanatoriyasının, "Şıx" Sanatoriyasının, "Naftalan" Sanatoriya-Kurort Birliyinin, "Pirşağı" Sanatoriya-Kurort Birliyinin, "xəzər" Sanatoriyasının, "Şəki İstirahət Mərkəzi" MMMC-nin, "Hacıkənd" İstirahət Evinin, "Avtonəqliyyat" Müəssisəsinin, "Azərbkurorttikintitəmi" Birliyinin, Azərbaycan Kurortları Layihələşdirmə İnstitutu "Azərkurortlayihə"nin, "Azərbminsugeokaptaj" Respublika Ekspedisiyasının, Təchizat Birliyinin və "Miras" MMC-nin ona qoşulmasıdır.

Kreditorlar tələblərini Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi, 95 ünvana təqdim edə bilərlər.

Xatırladaq ki, "Kurort" 1992-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 200 min manatdır.

Oxşar xəbərlər

Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni sədr seçilib
“Azərbaycan Bank Tədris Mərkəzi" adını və təşkilati-hüquqi formasını dəyişir
Naxçıvan aeroportunun tabeliyindəki şirkət ləğv edilir
Prezident “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB
BƏT rəsmisi: Paris Sazişinin yerinə yetirilməsində geriləmə var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər