Emilya Səfərəliyeva: KTİM Azərbaycanda turizm sektorunun inkişafına töhfə verməyə çalışır
sizinxeber.az xəbər saytı

Emilya Səfərəliyeva: KTİM Azərbaycanda turizm sektorunun inkişafına töhfə verməyə çalışır


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) "Kurort" Turizm İnformasiya Mərkəzi (KTİM) vətəndaşlara yüksək keyfiyyətli turizm xidmətləri təqdim edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Emilya Səfərəliyeva direktoru olduğu quruma təşkil edilən mediatur çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Mərkəz hazırda daha əvvəl respublikanın müxtəlif ərazilərində 11 min yerli təşkilatın həyata keçirdiyi işləri görür:

"Artıq xidmətlər "Kurort" Turizm İformasiya Mərkəzində yerləşdirilib. Mərkəz Azərbaycanın turizm və kurort xidmətlərinin inkişafına töhfə vermək məqsədilə yaradılıb. Mərkəz həm AHİK üzvlərinə, həm də digər maraqlı tərəflərə yüksək keyfiyyətli turizm xidmətləri təqdim edir. Əsas məqsədimiz ölkə daxilində kurort və sanatoriya potensialının geniş şəkildə tanıdılması, müasir xidmətlərin təşkili və milli turizm sektorunun inkişafına dəstək olmaqdır".

E.Səfərəliyeva bildirib ki, Mərkəzin xidmətləri sırasına kurort və sanatoriya xidmətlərinə dair məlumatların təqdim edilməsi, rezervasiya xidmətləri, məsləhət və bələdçi dəstəyi, tanıtım və marketinqlər daxildir:

"Qurumun fəaliyyət istiqamətləri sırasında AHİK üzvlərinin sağlamlıq və istirahət ehtiyaclarını qarşılamaq, Azərbaycanın turizm potensialını beynəlxalq arenada təbliğ etmək, müasir texnologiyalar vasitəsilə turizm məlumatlarını əlçatan etmək kimi məsələlər var. KTİM olaraq, turizm sektorunun inkişafına töhfə vermək və vətəndaşlarımızın rahatlığını təmin etmək üçün daim çalışırıq".

Oxşar xəbərlər

Bu günədək "Kurort" Turizm İnformasiya Mərkəzinə 28 min 166 müraciət daxil olub
Mikayıl Cabbarov: Turizm ölkəmizin qeyri-neft sektorunun inkişafına töhfələr verir
Agentlik: Daşaltıda Turizm İnformasiya Mərkəzi yaradılacaq
Azərbaycanda tibbi turizm xidmətlərinin spektri genişləndirilə bilər
Fuad Nağıyev: "Qarabağ və Şərqi Zəngəzurda sağlamlıq turizmi imkanları araşdırılıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər