Azərbaycanda daha 69 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanda daha 69 nəqliyyat vasitəsi hərraca çıxarılacaq


Avqustun 12-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 175 min 850 manat olan 69 nəqliyyat vasitəsi çıxarılacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.

Oxşar xəbərlər

Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
Azərbaycanda daha 12 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
Azərbaycanda daha 43 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
Azərbaycanda daha 3 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
"Aqrarkredit" BOKT-a məxsus qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər