İqtisadi Şuranın iclası keçirildi: Tapşırıqlar verildi
sizinxeber.az xəbər saytı

İqtisadi Şuranın iclası keçirildi: Tapşırıqlar verildi


Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Verilən xəbərə görə, İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində milli iqtisadiyyatımız üçün vacib olan prioritet məsələlər, o cümlədən, ortamüddətli dövr üzrə dayanıqlı makroiqtisadi və fiskal çərçivənin formalaşdırılması, özəl sektorun inkişafı və özəl investisiyaların artırılması, qeyri-neft ixracının həcminin və ixrac coğrafiyasının genişləndirilməsi, eləcə də digər aktual məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan makroiqtisadi məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümovun təqdimatı dinlənilib. Təqdim olunan iqtisadi suallara dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.

İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub, Maliyyə və İqtisadiyyat nazirliklərinə müvafiq tapşırıqlar verilib.

Oxşar xəbərlər

İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının birgə iclası keçirilib
İqtisadi Şuranın iclası keçirilib
Azərbaycana valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə bağlı inzibati-cinayət məsuliyyəti tədbirləri müzakirə olunub
Azərbaycanda neft-qaz hasilatı sahəsində vəziyyət müzakirə olunub
İqtisadi Şuranın iclası keçirilib, aqrar sığorta sisteminə dair müzakirə aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər