Azərbaycanda üç və daha çox uşağı olan ailələrin 5 il tez pensiyaya çıxması təklif edilib
- 5-11-2025, 13:12
- İqtisadiyyat
- 0
- 3 309
Azərbaycanda üç və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər edilməsi təklif olunub.
"Report" xəbər verir ki, bununla bağlı təklifi deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Əmək və sosial siyasətin komitələrinin bu gün keçirilən birgə iclasında verib.
Onun sözlərinə görə, pensiyaların artırılmasının mənbələri çoxdur: "Əsas mənbələrdən biri bilavasitə ümumi daxil məhsulda əməyin ödəniş xərcləridir. Təhlillər zamanı görürük ki, bu xərclərin ÜDM-də payı Azərbaycanda uzun müddət 20 %-dən aşağı və onun ətrafında olub. Bu, MDB ölkələri ilə bağlı göstəricidən, orta göstəricidən iki dəfə aşağıdır. Son illərdə bununla bağlı müəyyən dəyişiklər, tərəqqi var".
O qeyd edib ki, vətəndaşlar pensiyaya tez çıxmaqla bağlı xeyli suallar ünvanlayırlar: "Son illər yaxşı addımlar atılır. Güzəştli şərtlərlə pensiyaya çıxanların dairəsi genişlənir".
Deputat əlavə edib ki, Azərbaycanda pensiyaya 5 il tez çıxmaq güzəşti 5 və ondan artıq uşağı olan analara verilib: "Gənc ailələrdə 5 və ondan artıq uşaq çox nadir hadisədir. Təklif edirəm ki, 3 və daha çox uşağı olan ailələrin nümayəndələrinin 5 il tez güzəştlə pensiyaya çıxmasının tətbiq olunması istiqamətində qanunvericilikdə dəyişikliklər olunsun".


width="220" alt="Qadınların pensiyaya çıxması qaydasının uşaqların sayına görə müəyyənləşdirilməsi təklif olunur" />
width="220" alt="Güzəştli pensiyaya çıxmaq hüququ olan ailələrə müavinət ödənilməlidir?" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />