Şahin Bağırovun Naxçıvanda vətəndaş qəbulunun vaxtı dəyişib
sizinxeber.az xəbər saytı

Şahin Bağırovun Naxçıvanda vətəndaş qəbulunun vaxtı dəyişib


Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun Naxçıvan şəhərində vətəndaşların qəbulunun vaxtı dəyişib.

"Sizinxeber.az"un yerli bürosunun məlumatına görə, onun Naxçıvanda avqustun 29-na nəzərdə tutulmuş vətəndaş qəbulu avqustun 14-nə keçirilib.

Ş.Bağırov avqustun 14-ü saat 10:00-da Naxçıvan Baş Gömrük İdarəsinin inzibati binasında (ünvan: Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi) Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Oxşar xəbərlər

Şahin Bağırovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Son 27 ayda Naxçıvanda 3 min 492 yeni iş yeri açılıb
Baş prokuror Naxçıvanda vətəndaşları qəbul edəcək
Adil Kərimlinin Naxçıvanda vətəndaş qəbulunun tarixi dəyişdirilib
Şahin Bağırov Daşkəsəndə vətəndaşları qəbul edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər