Pentaqon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
sizinxeber.az xəbər saytı

Pentaqon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb


Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin İrana qarşı hərbi əməliyyatını "dünyaya hədiyyə" adlandırıb və Tehranı saziş bağlamağa çağırıb.

"Report" xəbər verir ki, o, bunu brifinqdə çıxış edərkən bəyan edib.

Heqsetin sözlərinə görə, "Epik qəzəb" əməliyyatı ABŞ silahlı qüvvələrinin gücünü nümayiş etdirib.

"Bu cəsarətli və təhlükəli missiya dünyaya hədiyyədir", - o vurğulayıb və ABŞ-nin İranda "qətiyyətli hərbi nəticələr" əldə etdiyini əlavə edib.

Müharibə naziri həmçinin qeyd edib ki, Tehran hazırda mühüm seçim qarşısındadır.

"İranın yaxşı, ağlabatan saziş bağlamaq şansı var", - o bəyan edib.

O, həmçinin deyib ki, zəifləmiş İran silahlı qüvvələri, xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusu "ölkənin bayrağı altında pirat dəstəsinə çevrilib".

"Onlar təcavüzü şüarlarla ört-basdır edirlər, lakin dünya indi onları olduqları kimi görür. Onlar heç nəyə nəzarət etmirlər. Onların hərəkətləri piratların və terrorçuların yol verdikləri davranışlardır", - Pentaqon rəhbəri əlavə edib.

Oxşar xəbərlər

ABŞ Silahlı Qüvvələri İranın 155-dən çox gəmisinə zərbə endirdiyini bildirib
Pit Heqset: Tramp İrana qarşı mərhəmətli olub
ABŞ SEPAH-ın "USS Tripoli" desant gəmisinə hücum xəbərini təkzib edib
Pentaqon: İran Silahlı Qüvvələri əhəmiyyətli taktiki potensialı saxlayır
İsrailin Baş naziri İrana yeni zərbələr endiriləcəyini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər