Pit Heqset: Tramp İrana qarşı mərhəmətli olub
ABŞ-nin müharibə naziri Pit Heqset ölkənin dəqiqələr ərzində İran iqtisadiyyatını iflic edə biləcəyini, lakin Prezident Donald Trampın mərhəməti seçdiyini bildirib.
"Report" xəbər verir ki, o bu bəyanatla Vaşinqtonda keçirilən mətbuat konfransında çıxış edib.
Heqsetin sözlərinə görə, Trampın daha sərt zərbə endirmək imkanı var idi, lakin o, bu ssenaridən imtina etdi. "Prezident Tramp dəqiqələr ərzində İranın bütün iqtisadiyyatını iflic edə bilərdi, lakin o, mərhəməti seçdi", - nazir qeyd edib.
O həmçinin əlavə edib ki, İran böyük təzyiq altında atəşkəsə razılaşıb, çünki onun variantları və vaxtı qalmamışdı.
Bununla yanaşı, Pentaqon rəhbəri vurğulayıb ki, ABŞ-nin sayəsində İran nüvə silahı yarada bilməyəcək. "Digər prezidentlər bunu deyirdilər. Prezident Tramp isə bunu etdi", - Heqset İranda uranın zənginləşdirilməyəcəyi ilə bağlı Trampın mövqeyini təkrarlayaraq bildirib.
Onun sözlərinə görə, ABŞ İranın nüvə proqramı məsələsində həmişə prinsipial mövqeyə sadiq qalıb. "İran nüvə imkanlarına malik olmamalıdır. Hazırda bu obyektlər (nüvə obyektləri) gizlidir və biz onları müşahidə edirik. Biz onlarda nə olduğunu dəqiq bilirik və onlar da bunu başa düşürlər. İran zənginləşdirilmiş uranı ya könüllü olaraq bizə təhvil verəcək, ya da biz özümüz onu əldə edəcək, götürüb çıxaracağıq", - Heqset bildirib.
Müharibə naziri həmçinin bildirib ki, İranın yeni rəhbərliyi nüvə silahına malik olmağın və ya onu hazırlamağın mümkün olmadığını başa düşür.
"Bu, ABŞ silahlı qüvvələrinin tam potensialını görən və bizimlə danışıqlar aparmağın nə demək olduğunu yeni tərzdə qiymətləndirən yeni qrupdur. Məhz buna görə də onlar danışıqlara razılaşdılar. Yeni rəhbərlik artıq fərqli bir yanaşma ilə hərəkət edir", - o yekunlaşdırıb.
Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran öz növbəsində bildirib ki, bu müddət ərzində İran silahlı qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.
Oxşar xəbərlər
Tramp: İran dörd həftə ərzində nüvə silahı hazırlaya bilərdi
Heqset: İranın müdafiə-sənaye potensialı tamamilə məhv edilib
Tramp İranın çiçəklənməsini istəyir, “lakin nüvə silahı olmadan”
Pentaqon rəhbəri: Tramp hələ də İranla razılığa gəlməyi düşünür
ABŞ Prezidenti İrana hücumdan sonra xalqa müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
