Mərkəzi Bank ötən ay valyuta bazarında 394 mln. dollarlıq alışyönlü əməliyyat aparıb
sizinxeber.az xəbər saytı

Mərkəzi Bank ötən ay valyuta bazarında 394 mln. dollarlıq alışyönlü əməliyyat aparıb


Tədiyə balansının cari əməliyyat balansında profisitin artması və maliyyə sektorunda de-dollarlaşma prosesinin getməsi şəraitində valyuta bazarında təklifin tələbi üstələməsi meyili davam edir. Bu proses həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunur.

Bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Bildirilib ki, cari ilin iyun ayında Mərkəzi Bank tərəfindən valyuta bazarında 394 mln. ABŞ dolları məbləğində alış yönlü əməliyyat aparılıb. Xatırladaq ki, aprel ayında Mərkəzi Bankın alış yönlü müdaxiləsi 1 milyard ABŞ dolları həcmində olub. Nəticədə, valyuta bazarında həyata keçirilən əməliyyatlar və valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər nəticəsində iyun ayında Mərkəzi Bankın valyuta ehtiyatları 445 milyon ABŞ dolları, ilin əvvəlindən isə 1,64 milyard ABŞ dolları artıb.

Valyuta bazarından alınmış xarici valyutanın tam və ya bir hissəsinin 2026-cı ilin qalan dövründə bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən bazara yönəldilməsi istisna edilmir.

Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satış yönlü əməliyyatlarda iştirakını davam etdirəcəyi təqdirdə bu barədə məlumat açıqlanacaq.

Oxşar xəbərlər

AMB iyunda valyuta bazarına 394 milyon dollarlıq alışyönlü müdaxilə edib
Mərkəzi Bank bu il də valyuta bazarında sabitliyin təmin ediləcəyini proqnozlaşdırır
AMB: Valyuta bazarında təklif tələbi üstələyir
AMB valyuta bazarına satışyönlü müdaxilə edib
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları mayda 2 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər