sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Perunun sabiq prezidenti Alberto Fuximori vəfat edib
Perunun sabiq prezidenti Alberto Fuximori 87 yaşında vəfat edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə onun qızı Keiko Fuximori məlumat verib.
"Xərçənglə uzun sürən mübarizədən sonra atamız Alberto Fuximori indicə Tanrının yanında olmağa getdi", - deyə o öz “X” hesabında yazıb.
Qeyd edək ki, iyul ayında Keiko Fuximori korrupsiya və dissidentlərə qarşı repressiyaların təşkilinə görə cəza çəkən atasının növbəti prezident seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlamışdı.
Ölkəyə 1990-2000-ci illərdə rəhbərlik etmiş Fuximori insan haqlarının pozulmasında təqsirli bilinərək 2009-cu ilin aprelində 25 il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Perunun keçmiş prezidenti Alberto Fuximori vəfat edib
Qazaxıstanda 2022-ci ilin yanvarında iğtişaşlara görə tutulan keçmiş DİN rəhbərinə hökm oxunub
Qvineyanın sabiq prezidenti 20 il müddətinə azadlıqdan məhrum edilib
"Beşiktaş" və "Fənərbaxça"nın keçmiş baş məşqçisi vəfat edib
Türkiyədə azərbaycanlı sabiq deputat vəfat edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













