“Ampil” qasırğası Yaponiyada həyatı iflic edib
Yaponiyada “Ampil” qasırğasının yaxınlaşması ilə əlaqədar ən azı 654 aviareys təxirə salınıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Tokionun qonşusu Tiba və Kanaqava prefekturalarının sahilyanı ərazilərindən keçən bir neçə xətdə qatarların hərəkəti dayandırılıb və ya səfələrin sayı azaldılıb.
Sürət qatarları isə bəzi marşrutlarda işləməyəcək. Bundan əlavə, paytaxt bölgəsində yolların bağlanması və Tokio körfəzində bərə xidmətlərinin ləğvi barədə məlumat verilib.
Meteoroloqların məlumatına görə, tayfun avqustun 16-da Yaponiyanın paytaxt regionuna yaxınlaşacaq. Hazırda tropik tufanın keçdiyi ərazidə küləyin sürəti 45-60 m/s-ə çatır.
İnsanlara zərurət olmadıqca çölə çıxmamağa və fövqəladə təxliyə zamanı yerli hakimiyyət orqanlarının tövsiyələrinə əməl etmələri barədə çağırış edilib.
Yaxın 24 saat ərzində Yaponiyanın şərqində və şimal-şərqində 200 mm-dən 300 mm-ə qədər yağış yağa bilər. Milli Meteorologiya İdarəsi dağlıq ərazilərdə sürüşmə təhlükəsi barədə xəbərdarlıq edib.
Oxşar xəbərlər
Yaponiyada 7,1 bal gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
