SEPAH Hörmüzü keçmək istəyən tankeri vurdu
sizinxeber.az xəbər saytı

SEPAH Hörmüzü keçmək istəyən tankeri vurdu


SEPAH ABŞ məlumatı ilə Hörmüz boğazını keçməyə çalışan və İranın xəbərdarlıqlarına məhəl qoymayan tankerə hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat verib.

Məlumata görə, hücumdan sonra tanker hərəkətini dayandırıb.

Mərkəz Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra limanından 78 dəniz mili (144 km) məsafədə neft tankerinin naməlum mərmilərlə vurulduğunu təsdiqləyib.

UKMTO bildirib ki, bütün heyət üzvləri salamatdır və hadisə nəticəsində ətraf mühitin çirklənməsi barədə hər hansı məlumat daxil olmayıb.

Oxşar xəbərlər

UKMTO: Hörmüzdə dəniz təhlükəsizliyinə təhdid səviyyəsi kritik olaraq qalır
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
İranın Kiş adasının cənubunda konteyner gəmisi hücuma məruz qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər