Yəmən sahillərində naməlum şəxslər gəmini ələ keçirməyə cəhd ediblər
Yəmən sularında, Hödeydə liman şəhərindən cənub-qərbdə naməlum şəxslər yelkənli gəmini ələ keçirməyə cəhd ediblər.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanındakı Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzinin məlumatında deyilir.
"Mərkəz Hödeydədən cənub-qərbdə 54 dəniz mili məsafəsində baş vermiş insident barədə məlumat alıb, göyərtəsində təxminən 12 nəfərin olduğu, onlardan 4-5-nin avtomat silahla silahlandığı qayıq yelkənli gəmiyə yaxınlaşıb. Qayığın heyəti yelkənli gəminin dayanmasını tələb edib. Kapitanın rədd cavabından sonra onlar göyərtəyə qalxmaq üçün qayığı yelkənli gəmiyə bağlamağa cəhd ediblər. Kapitan siqnal raketindən istifadə edib və qayıq geri çevrilərək cənub-şərq istiqamətində uzaqlaşıb", - bəyanatda bildirilir.
Oxşar xəbərlər
Meksika HDQ-nin gəmisi Bruklin körpüsünə çırpılıb, 19 nəfər xəsarət alıb - YENİLƏNİB
Qırmızı dənizdə Britaniyanın gəmisinə naməlum tipli mərmi düşüb
Yəmən sahillərində Britaniyaya məxsus gəmiyə hücum edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib
-
Sumqayıtda Qurd dərəsi adlanan ərazidə ev yanıb
-
Pakistan Prezidenti ABŞ və İran arasındakı razılaşmanı alqışlayıb
-
Lukas Qrabauskas "Sabah" basketbol klubunun idman direktoru təyin olunub
-
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
