Budanov: Ukraynaya Rusiya ilə qarşıdurmada yeni texnoloji sıçrayış lazımdır
sizinxeber.az xəbər saytı

Budanov: Ukraynaya Rusiya ilə qarşıdurmada yeni texnoloji sıçrayış lazımdır


Ukraynanın Rusiya ilə qarşıdurmada mövqelərini gücləndirə biləcək keyfiyyətli texnoloji irəliləyişə ehtiyacı var.

"Sizinxeber.az" xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov bildirib.

Onun sözlərinə görə, Ukrayna və Rusiya öz radioelektron mübarizə və hava hücumundan müdafiə vasitələrini artırır.

"Yeni texnoloji sıçrayış lazımdır. Söhbət süni intellekt texnologiyalarından və siqnal ötürülməsinin prinsipial olaraq yeni üsullarından gedir, çünki hazırkı texnoloji həllər artıq öz potensialını tükədib. Sayı çoxaltmaq olar, ancaq bu, problemin həlli olmayacaq", - o bildirib.

Budanov həmçinin qeyd edib ki, Ukrayna Rusiya ilə müharibədə uduzmur, lakin qarşıdurmada templəri azaltmamalıdır.

"Biz bu müharibədə qalib gəlirikmi? Qətiyyən uduzmayacağıq. Amma əgər dayansaq və ya templəri azaltsaq - risklər olacaq", - Prezident Ofisinin rəhbəri bildirib.

Oxşar xəbərlər

Budanov: Ukrayna və Rusiya arasında əsir mübadiləsi istisna olunmur
Kirill Budanov: Kiyevlə Moskva arasında danışıqlar başa çatmaq üzrədir
Ukrayna hərbi kəşfiyyatının rəhbəri: Rusiya HHQ-nin Su-30 təyyarəsi “hava – hava” sinifli raketlə vurulub
Putin Qərbə Kiyevdə "texnoloji duel" təklif edib
Ukrayna ilə Rusiya müharibə başlayandan bəri 10 mindən çox hərbçi mübadiləsi aparıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər