Netanyahu: İsrail Livanda "Hizbullah"ı vurmağa davam edəcək
İsrail Beyrut da daxil olmaqla bütün Livan boyu “Hizbullah”a hücumu davam etdirəcək.
"Sizinxeber.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Livan ərazisindən hücuma məruz qalan ordunun bazasını ziyarət edərkən bildirib.
"Biz Beyrut da daxil olmaqla, Livanın bütün bölgələrində “Hizbullah”a amansızcasına zərbələr endirməyə davam edəcəyik", - o, deyib.
Baş nazirin sözlərinə görə, İsrail İranın “şər oxuna” qarşı çətin mübarizə aparır.
"Mübarizəni davam etdiririk, ağır itkilər olsa da, böyük uğurlar əldə etmişik", - Netanyahu qeyd edib.
Xatırladaq ki, oktyabrın 13-ü axşam saatlarında İsrail ordusu Qolani briqadasının əsgərlərinin təlim keçdiyi bazaya “Hizbullah” tərəfindən hücuma məruz qaldığını bildirmişdi. Ordu dörd əsgərin ölümünü rəsmən təsdiqləyib. Daha 7 əsgər ağır yaralanıb.
Oxşar xəbərlər
KİV: Netanyahu ABŞ-dən İsrailə qayıdıb
İsrail ordusu Livanda “Hizbullah” hədəflərinə zərbələr endirib
İsrail “Hizbullah”ın hədəflərinə yeni irimiqyaslı hücumlar dalğası həyata keçirib
İsrail ordusu Livanda “Hizbullah”ın onlarla hədəfinə hücum edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
