Britaniya nüvə başlığı daşıya bilən "F-35A"ların alınmasından imtina edə bilər
Böyük Britaniya hökuməti vəsait çatışmazlığı səbəbindən "B61-12" taktiki termonüvə bombaları daşıya bilən "F-35A" qırıcı təyyarələrinin alışını ləğv edə bilər.
"Report" xəbər verir ki, bu barədə "Daily Telegraph" qəzeti hərbi mənbələrə istinadən məlumat yayıb.
"Nazirlər və yüksək vəzifəli zabitlər həftəsonu bu məsələ üzərində işləyiblər. Hər kəs vəziyyətin çətinliyini başa düşür. Hərbi liderlər (döyüş təyyarəsinin alınmasını – Qeyd) təmin etmək üçün əllərindən gələni edirlər və müxtəlif variantlar təklif edirlər. Bu, artıq hərbi deyil, siyasi məsələdir", - deyə nəşrin mənbələrindən biri bildirib.
Qəzetin məlumatına görə, Britaniya hökumətinin təyyarələri qəti şəkildə rədd etmək əvəzinə, sadəcə olaraq onların alınmasını təxirə salmaq seçimi də var. Hakimiyyət orqanları yaxın günlərdə açıqlanması gözlənilən müdafiə investisiya planının dərc olunmasından əvvəl yekun qərar vermək niyyətindədirlər.
Qəzet əlavə edib ki, Britaniya müdafiə naziri Con Hili bu məsələ ilə bağlı maliyyə naziri Reyçel Rivz ilə fəal müzakirələr aparır. Böyük Britaniya hökumətinin bahalı hərbi layihələri həyata keçirmək üçün Nəqliyyat Nazirliyi və Energetika Nazirliyi də daxil olmaqla digər nazirliklərin büdcələrini azaldacağı gözlənilir.
Oxşar xəbərlər
Britaniya ABŞ-dən nüvə silahı daşıya bilən F-35A qırıcıları alacaq
Britaniya 2030-cu ilə qədər nüvə silahı daşıya bilən qırıcı təyyarələr alacaq
KİV: Britaniya qırıcı təyyarə istehsalından imtina edə bilər
KİV: ABŞ gələcəkdə İngiltərədə taktiki nüvə silahı yerləşdirə bilər
Britaniya müdafiəyə əlavə 3,7 milyard dollar ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
Uilli Uolş: Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
FHN-in Sumqayıt Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib
-
IATA rəhbəri aviasiya infrastrukturuna sərmayə yatırmağa çağırıb
