İsrail Livanı bombalamağı dayandırmayacaq
sizinxeber.az xəbər saytı

İsrail Livanı bombalamağı dayandırmayacaq


İsrail ordusu Livanda "Hizbullah"ın hədəflərinə hücum etməyə davam edəcək.

"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin bildirib.

​​O, İranın İsrailin şimalına raket hücumuna münasibət bildirib:

"Biz "Hizbullah"ın İsrailin şimal şəhərlərini davamlı olaraq atəşə tutması səbəbindən Dahiyaya hücum etdik. İsrail Müdafiə Qüvvələri Livan boyunca fəaliyyətini davam etdirəcək və "Hizbullah"a daha çox ziyan vuracaq. İsrail mülki əhalisinin bundan sonra da atəşə tutulmasına icazə verməyəcəyik".

General İranın raket zərbəsini ciddi səhv adlandırıb. Onun sözlərinə görə, İsrail ordusu belə bir ssenariyə hazır olub: "Biz həm müdafiə, həm də hücum əməliyyatlarına hazırıq. Hava hücumundan müdafiə sistemləri ölkə daxilində yerləşdirilib".

Qeyd edək ki, İran Beyruta hücuma cavab olaraq İsrailə raketlər atıb. İsrail ordusu raketlərin ələ keçirildiyini bəyan edib. Öz növbəsində ABŞ Prezidenti Donald Tramp İsrail İrana çağırış edib.

Oxşar xəbərlər

İsrail ordusu sutka ərzində Livanda "Hizbullah"a aid 200 hədəfə hücum edib
İsrail ordusu Livanda “Hizbullah” hədəflərinə zərbələr endirib
İsrail ordusu “Hizbullah”ın hədəflərinə yeni hücum dalğası elan edib
İsrailin Hərbi Hava Qüvvələri "Hizbullah"ın 220 hədəfinə hücum edib
İsrail ordusu “Hizbullah”ın 280-dən çox hədəfinə hücum edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər