Britaniya 2030-cu ilə qədər nüvə silahı daşıya bilən qırıcı təyyarələr alacaq
sizinxeber.az xəbər saytı

Britaniya 2030-cu ilə qədər nüvə silahı daşıya bilən qırıcı təyyarələr alacaq


Britaniya 2030-cu ilə qədər ilk nüvə qabiliyyətli "F-35A" döyüş təyyarələrini almağa başlayacaq.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.

O, Britaniya parlamentinin İcmalar Palatasının (Aşağı Palata) müdafiə komitəsinin üzvlərinin suallarına cavab verib: "Mən "F-35A"nın bu onilliyin sonuna qədər xidmətə girəcəyini gözləyirəm".

Xatırladaq ki, iyunun 24-də Böyük Britaniyanın Baş naziri Keir Starmer Londonun ABŞ-dən "B61-12" taktiki termonüvə bombaları daşıya bilən 12 ədəd "F-35A" qırıcısı alacağını bildirmişdi. Hazırda Böyük Britaniyanın nüvə silahları yalnız ABŞ istehsalı olan "Trident II" (D5) ballistik raketləri daşıyan dörd Vanguard sinifli sualtı qayıqda yerləşdirilir.

Oxşar xəbərlər

Britaniya ABŞ-dən nüvə silahı daşıya bilən F-35A qırıcıları alacaq
Starmer: Britaniya nüvə silahlarının modernləşdirilməsinə 15 milyard funt sterlinq sərmayə qoyacaq
Britaniya Rusiyanı çəkindirmək üçün 12 nüvə sualtı qayıq inşa edəcək
Böyük Britaniya müdafiə xərclərini artıracaq
Britaniya ordusunun sayını 76 min hərbçiyə qədər artıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər