KİV: Britaniya qırıcı təyyarə istehsalından imtina edə bilər
Böyük Britaniya hökuməti büdcə vəsaitlərinin çatışmazlığı səbəbindən xərcləri azaltmaq üçün yeni nəsil “BAE Systems Tempest” ("Fırtına") qırıcısının istehsalında imtina edə bilər.
"Report" xəbər verir ki, bu barədə "The Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Britaniya hökuməti oktyabr ayında büdcə mesajında müdafiə proqramlarının maliyyələşdirilməsinin azaldığını elan edə bilər.
Nəşrin yazdığına görə, Böyük Britaniya hökumətinin hərbi ehtiyaclar üçün xərcləri artıracağını və 2030-cu ilə qədər müdafiə xərclərinin ÜDM-in 2,5%-nə qədər artmasına nail ola biləcəyini güman etmək üçün heç bir əsas yoxdur. Qəzet qeyd edib ki, Britaniya Müdafiə Nazirliyi dəyəri 50 min funt sterlinqdən (65 min dollar) çox olan bütün layihələrin auditini aparır.
Xatırladaq ki, avqustun 27-də Krallığın Baş naziri Kir Starmer ölkə iqtisadiyyatının gözləniləndən daha acınacaqlı vəziyyətdə olduğunu bildirib. O qeyd edib ki, bununla bağlı hökumət bir sıra vergilərin artırılmasına eyham vuraraq bəzi tədbirlərə getməyə məcbur olacaq. Starmer qeyd edib ki, iyulun 4-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən formalaşan leyborist hökumətinə mühafizəkarlardan büdcədə 22 milyard funt sterlinq (29 milyard dollar) "qara dəlik" miras qalıb.
Oxşar xəbərlər
KİV: Britaniya büdcədəki boşluğa görə müdafiə xərclərini azaltmağı düşünür
KİV: Netanyahu Britaniya XİN başçısı ilə görüşdən imtina edib
Britaniya və Almaniya ikitərəfli müdafiə sazişi üzrə danışıqlar aparır
Böyük Britaniya, İtaliya və Yaponiya altıncı nəsil döyüş təyyarəsinin modelini təqdim edib
Böyük Britaniya COP29-da emissiyaların azaldılması üçün yeni tədbirlər elan edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













