Mari Tomsen: Neftin qiymətindəki hər əlavə 10 dollar qlobal iqtisadi artımı azaldır
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) 2026-cı ildə Brent markalı xam neftin orta qiymətinin bir barel üçün 95 ABŞ dolları olacağını proqnozlaşdırır.
"Report"un Rio-de-Janeyroda olan müxbirinin verdiyi məlumata görə, bu barədə IATA-nın Davamlı İnkişaf üzrə baş vitse-prezidenti və baş iqtisadçısı Mari Ouens Tomsen 82-ci illik IATA iclası və Dünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, reaktiv yanacağın qiymətləri "Brent" markalı xam neftin qiymətindən xeyli sürətlə artır və bu da sənayedə ikiqat mürəkkəb böhranın olduğunu göstərir.
"2026-cı ildə reaktiv yanacağın orta qiymətinin bir barel üçün 152 dollar, Brent markalı xam neftin isə orta qiymətinin 95 dollar olacağını gözləyirik. Əgər bu proqnoz gerçəkləşərsə, orta qiymət fərqi 57 dollara çatacaq".
O, neft qiymətlərinin daha da artmasının qlobal iqtisadiyyata mənfi təsir göstərəcəyini vurğulayıb. Onun fikrincə artan enerji xərcləri bütün sektorlarda qiymətlərin yüksəlməsinə səbəb olur.
"Bütün qlobal iqtisadiyyat hələ də qazıntı yanacaqlarından asılıdır. Bu gün qlobal enerji istehlakının 80%-dən çoxu qazıntı yanacaqlarından, bərpa olunan mənbələr isə 20%-dən azını təşkil edir. Buna görə də, demək olar ki, bütün sənaye sahələrində istifadə olunan neftin qiymətlərinin artması bütün iqtisadi zəncirdə qiymətlərin artmasına səbəb olur ki, bu da öz növbəsində qlobal iqtisadi artımı ləngidir.
Bu əlaqəni aşağıdakı kimi təsvir etmək olar: Brent markalı neftin qiymətinin hər barel üçün 10 dollar artması qlobal ÜDM artımını təxminən 0,1 faiz bəndi azalda bilər. Müvafiq olaraq, neftin qiymətinin 50 dollar artması qlobal iqtisadi artımı təxminən 0,5 faiz bəndi azalda bilər.
Qlobal iqtisadi artımın 3%-dən 2,5%-ə yaxın bir səviyyəyə qədər yavaşlayacağını gözləyirik. Neft qiymətləri artmağa davam edərsə, artım tempi daha da aşağı ola bilər. Resessiyanın nədən ibarət olduğu mübahisəlidir, amma mənim fikrimcə, qlobal iqtisadi artım 2%-ə yaxınlaşarsa, bu, faktiki olaraq resessiya mühitidir. Hazırda 3%-dən 2,5%-ə düşürük və ümid edirik ki, vəziyyət daha da pisləşməyəcəkdir".
Oxşar xəbərlər
Brent markalı neftin qiymətinin 67,7 dollara düşəcəyi proqnozlaşdırır
“Brent” markalı neftin qiyməti yanvarın 9-dan ilk dəfə 76 dollardan aşağı düşüb
"Fitch Solutions” gələn il üçün neftin qiyməti üzrə proqnozunu azaldıb
“Brent” markalı neftin qiyməti apreldən sonra ilk dəfə 70 dolları ötüb
“Brent” markalı neftin qiyməti noyabrın 18-dən bəri ilk dəfə 71 dollardan aşağı düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
Uilli Uolş: Aviayanacaq qiymətlərinin 70% artması aviaşirkətlərə əlavə 100 mlrd dollara başa gələcək
-
FHN-in Sumqayıt Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib
-
Pakistan ordusunun komandanından İranın ali rəhbərinə xüsusi məktub ünvanlanıb
