Britaniya ABŞ-dən nüvə silahı daşıya bilən F-35A qırıcıları alacaq
Böyük Britaniya ABŞ-dən B61-12 taktiki termonüvə bombaları daşıya bilən 12 ədəd F-35A qırıcısı alacaq.
"Report"un xəbərinə görə, bu barədə Baş nazir Key Starmerin Dəftərxanasının açıqlamasında bildirilir.
"Radikal qeyri-müəyyənlik əsrində biz artıq dünyanı adi hal kimi qəbul edə bilmərik, buna görə də mənim hökumətim milli təhlükəsizliyimizə sərmayə qoyur", - Britaniya hökumətinin başçısı bildirib.
“The Times” qəzeti qeyd edib ki, Böyük Britaniyanın böhran zamanı belə silahlardan NATO missiyaları çərçivəsində istifadə edə biləcəyi planlaşdırılır. Nəşrin məlumatına görə, Londonun təkliflərinə əsasən, ABŞ-nin nüvə silahları 2008-ci ildən ilk dəfə Böyük Britaniya ərazisində yerləşdiriləcək.
Oxşar xəbərlər
Böyük Britaniya ABŞ-dan F-35 qırıcıları alacaq
The Times: Britaniya ABŞ-dən əlavə “F-35”lər alacaq
Ukrayna Böyük Britaniya və müttəfiqlərindən 30 min yeni PUA alacaq
Britaniya Rusiyanı çəkindirmək üçün 12 nüvə sualtı qayıq inşa edəcək
KİV: Netanyahu Britaniya XİN başçısı ilə görüşdən imtina edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













