ABŞ İran limanlarının blokadası müddətində beş gəmini sıradan çıxarıb
ABŞ Silahlı Qüvvələri İrana qarşı tətbiq edilən ayyarımlıq dəniz blokadası nəticəsində beş gəmini sıradan çıxarıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Mayın 31-nə olan məlumata görə, 118 kommersiya gəmisinin marşrutu dəyişdirilib, 5 gəmi isə sıradan çıxarılıb", - paylaşımda qeyd olunub.
İranın dəniz blokadası əməliyyatına amerikalı hərbçilər tərəfindən aprelin 13-də başlanılıb. CENTCOM İslam Respublikasının limanlarına doğru hərəkət edən, həmçinin onun sahillərini tərk etməyə cəhd göstərən bütün gəmilərin hərəkətini bloklamaq niyyətində olduğunu bəyan edib. Öz növbəsində, İran Fars körfəzi ölkələrinə istiqamətlənən gəmilər üçün Hörmüz boğazını bağladığını elan edib. Regiondakı vəziyyət qlobal enerji böhranına səbəb olub.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. ABŞ Prezidenti Donald Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.
Oxşar xəbərlər
ABŞ Hörmüz boğazında 58 ticarət gəmisinin istiqamətini dəyişdirib
ABŞ Ordusu: İranın dəniz blokadası zamanı 29 gəminin hərəkət istiqaməti dəyişib
CENTCOM: Hörmüz boğazında 80-dən çox ticarət gəmisi saxlanılıb
ABŞ İranın dəniz blokadası çərçivəsində 109 gəminin istiqamətini dəyişib
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Türkiyədə rekord buğda məhsulu proqnozlaşdırılır
-
Yuxarı Qarabağ kanalından 40 yaşlı qadının meyiti tapıldı
-
Konqoda Ebola ilə bağlı vəziyyət narahatedici hesab olunur
-
Bu ölkə də Rusiya diplomatını ölkədən qovur?
