Luandada iğtişaşlar zamanı 22 nəfər həlak olub
sizinxeber.az xəbər saytı

Luandada iğtişaşlar zamanı 22 nəfər həlak olub


Bu həftə Anqolanın paytaxtı Luandada baş verən iğtişaşlar zamanı 22 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə Anqolanın daxili işlər naziri Manuel Omin respublika prezidenti Joau Lourensonun sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında bildirib.

"Həlak olanlar arasında bir polis də var. Daha 197 nəfər yaralanıb. Qarət şübhəsi ilə 1214 nəfər həbs edilib", - "Jornal de Angola” qəzeti nazirin sözlərindən sitat gətirib.

M.Omin əlavə edib ki, güc strukturları ictimai asayişin qorunması üçün bütün lazımi tədbirləri görür.

Xatırladaq ki, Luandada iğtişaşlar 28-29 iyul tarixlərində hökumət əleyhinə nümayişlər zamanı baş verib. Etiraz aksiyasının iştirakçıları hökumətin yanacağa subsidiyaları ləğv etməsi nəticəsində bahalaşan benzin və dizel yanacağının qiymətinin azaldılmasını tələb ediblər. İğtişaşlar zamanı təxminən 50 mağaza və bank şöbəsi qarət edilib. Şəhər infrastrukturuna böyük ziyan dəyib.

Oxşar xəbərlər

Venesuelada baş verən iğtişaşlar zamanı 25 nəfər ölüb
Mozambikdə həftə ərzində hökumət əleyhinə etirazlarda 134 nəfər ölüb
Konqoda həbsxanada iğtişaşlar zamanı 129 nəfər ölüb
Banqladeşin Baş naziri istefa verib
Banqladeşdə iğtişaşlar zamanı ən azı 300 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər