sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
SANA: İsrail hərbçiləri Suriyanın cənubundakı bir neçə yaşayış məntəqəsinə daxil olub
İsrail hərbçiləri Suriyanın cənubundakı Quneytra əyalətində bir neçə kənd və qəsəbəyə daxil olaraq orada nəzarət-buraxılış məntəqələri qurublar.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Suriyanın SANA agentliyi məlumat yayıb.
Qeyd olunub ki, İsrail əsgərləri Quneytra əyalətinin mərkəzi və cənub bölgələrində bir neçə kənd və qəsəbəyə daxil olub, nəzarət-buraxılış məntəqələri yaradıb və dinc əhali arasında axtarışlar aparıb.
Xüsusilə, beş hərbi maşından ibarət bir kolonna Qolan təpələri ilə sərhəddə yerləşən Ər-Rafid şəhərinə daxil olub.
Digər bir kolon vilayətin mərkəzi hissəsində, Dəməşqdən 70 km aralıda yerləşən Ruveyhinə kəndinə doğru irəliləyib.
Oxşar xəbərlər
İsrail ordusu Suriyanın cənubundakı bir neçə yaşayış məntəqəsinə daxil olub
KİV: Suriya üsyançıları İsrail sərhədi yaxınlığındakı Quneytra şəhərini nəzarətə götürüblər
KİV: İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb
KİV: İsrail tankları Livanın cənubundakı yaşayış məntəqəsinə daxil olub
İsrail Suriyanın Katana şəhərinə aviazərbə endirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












