"Le Monde": Luvrda terror aktı planlaşdıran şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

"Le Monde": Luvrda terror aktı planlaşdıran şəxs saxlanılıb


Fransa polisi Luvrda terror aktı planlaşdırmaqda şübhəli bilinən Tunis vətəndaşını saxlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Le Monde" qəzeti Milli Terrorla Mübarizə Prokurorluğunun açıqlamasına istinadən məlumat yayıb.

Qeyd olunub ki, 7 mayda həbs edilən 27 yaşlı sənədsiz immiqrant radikal İŞİD terror qruplaşmasından ilhamlanaraq zorakı hərəkətlər planlaşdırıb.

İddialara görə, həmin şəxs Parisin XVI rayonunda Luvr və yəhudi icmasına hücum etmək niyyətində olduğunu bildirib.

Bundan əlavə, saxlanılan şəxs İŞİD terror təşkilatına qoşulmaq üçün Mozambik və ya Suriyaya səyahət etməyi düşünürdü.

Oxşar xəbərlər

Əfqanıstan vətəndaşı Avstriyada bazarda terror aktı ilə bağlı saxlanılıb
ABŞ-də seçki günü terror aktı planlaşdıran əfqanıstanlı həbs edilib
Britaniyada terror aktı hazırlamaqda şübhəli bilinən iranlılar saxlanılıb
İranda terror aktı törətmək istəyən İŞİD-çilər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər