"Caribbean Princess" gəmisində 100-dən çox insan norovirusa yoluxub
Atlantik okeanında "Caribbean Princess" kruiz gəmisində mədə-bağırsaq infeksiyası olan norovirusun yayılması qeydə alınıb.
"Report" ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına əsasən xəbər verir ki, hadisə 7 may tarixində qeydə alınıb.
Qurum bildirib ki, gəmidə 3100-dən çox sərnişin və heyət üzvü var. Artıq 115 nəfərdə qusma və ishal da daxil olmaqla xəstəliyin simptomları qeydə alınıb.
Gəmi administrasiyası artıq sanitar-epidemioloji tədbirlər görüb: yoluxanlar təcrid olunub, laboratoriya analizləri üçün nümunələr toplanır və ərazidə gücləndirilmiş dezinfeksiya işləri aparılır. Təyinat limanına çatdıqdan sonra gəmi növbəti səfərindən əvvəl tam dezinfeksiya prosesindən keçəcək.
Xatırladaq ki, norovirus infeksiyası mədə-bağırsaq traktına təsir edən və kəskin qastroenteritə səbəb olan geniş yayılmış bir virus xəstəliyidir.
İnfeksiya dünyanın bütün bölgələrində baş verir: həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə yetkinlərin 50-70%-də norovirusa qarşı antikorlar aşkar edilir.
Oxşar xəbərlər
Rusiyada kəskin bağırsaq infeksiyası yayılıb
ÜST: Kruiz gəmisində hantavirusun yayılması nəticəsində üç nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
