Bir sıra Aİ ölkəsi hantavirusun yayıldığı kruiz gəmisindəki sərnişinlər üçün təyyarə göndərəcək
Almaniya, Fransa, Belçika, İrlandiya və Niderland İspaniyaya gedən və göyərtəsində hantavirus epidemiyasının baş verdiyi kruiz gəmisindən vətəndaşlarının təxliyəsi üçün təyyarə göndərdiklərini təsdiqləyiblər.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska bəyan edib.
Onun sözlərinə görə, Avropa İttifaqı Avropa ölkələrinin qalan vətəndaşlarının təxliyəsi üçün daha iki təyyarə göndərir. ABŞ və Böyük Britaniya da öz vətəndaşlarının təxliyəsi üçün təyyarələrin və ehtiyat planların hazırlandığını təsdiqləyiblər.
Sərnişinlərə yalnız zəruri ehtiyac əşyalarını özləri ilə götürməyə icazə veriləcək, qalan baqaj, eləcə də vəfat etmiş sərnişinin meyiti gəmidə qalacaq və dezinfeksiya üçün Niderlanda göndəriləcək.
Gəmini ilk olaraq İspaniya vətəndaşları tərk edəcək. Qalan sərnişin qruplarının təxliyə qaydası səhiyyə orqanları tərəfindən müəyyən ediləcək. Bununla yanaşı, təxliyə reysi uçuşa hazır olmayınca sərnişinlərin sahilə çıxmasına icazə verilməyəcək", - Qrande-Marlaska əlavə edib.
Oxşar xəbərlər
ÜST: Kruiz gəmisində hantavirusun yayılması nəticəsində üç nəfər ölüb
İspaniya hantavirus simptomları aşkarlanan gəmidəki xarici vətəndaşları geri göndərəcək
Göyərtəsində hantavirus yayılan gəmi Kanar adalarına doğru yola düşüb
ÜST: Kruiz gəmisində yayılan hantavirus məhdud miqyasda qalacaq
Qebreyesus: Hantavirusa yoluxmuş üç nəfər Niderlanda çatdırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
