İspaniya hantavirus simptomları aşkarlanan gəmidəki xarici vətəndaşları geri göndərəcək
sizinxeber.az xəbər saytı

İspaniya hantavirus simptomları aşkarlanan gəmidəki xarici vətəndaşları geri göndərəcək


İspaniya hökuməti hantavirus simptomlarının aşkar edildiyi əcnəbilər də daxil olmaqla "MV Hondius" gəmisinin göyərtəsində olan bütün xarici vətəndaşları vətənlərinə göndərəcək.

"Sizinxeber.az" xəbər verir ki, bunu İspaniyanın səhiyyə naziri Monika Qarsiya RNE radiostansiyasına müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, təcili tibbi yardıma ehtiyacı olanlar istisna təşkil edəcək.

Qarsiya qeyd edib ki, söhbət 23 ölkənin vətəndaşlarından gedir və onların repatriasiyası beynəlxalq protokollara və ciddi sanitariya profilaktikası tədbirlərinə riayət olunmaqla həyata keçiriləcək.

Nazir izah edib ki, gəmidə olanların hamısı Kabo-Verdeni xəstəlik simptomları olmadan tərk edib və mümkün yoluxma riski hər gün azalır, çünki sərnişinlər və ekipaj artıq uzun müddətdir göyərtədədirlər.

Oxşar xəbərlər

Göyərtəsində hantavirus yayılan gəmi Kanar adalarına doğru yola düşüb
ABŞ hantavirus hallarını "3-cü səviyyə fövqəladə vəziyyət" kimi izləməyə başladı
Qebreyesus: Hantavirusa yoluxmuş üç nəfər Niderlanda çatdırılacaq
Gürcüstan iqtisadiyyatı I rübdə 9 % böyüyüb
İspaniya XİN başçısı İsrailin fələstinlilərin Qəzzadan köçürülməsi ilə bağlı planını rədd edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər