Əraqçi: İran Çinin regionda sülh prosesində fəal iştirakının davam etməsinə ümid edir
İran Yaxın Şərq regionunda sabitliyin bərqərar edilməsində Çinin bundan sonrakı dəstəyinə ümid edir.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi çinli həmkarı Van İ ilə görüşünün yekunları barədə "X" sosial şəbəkəsində bildirib.
İran XİN rəhbərinin sözlərinə görə, danışıqlar konstruktiv keçib.
"İran tərəfi Çinin regionda sülhün və sabitliyin qorunması və irəlilədilməsi üzrə təklif etdiyi "dörd prinsip"i yüksək qiymətləndirdi. Tehran Çin tərəfinə etibar edir və ümid edir ki, ÇXR sülhə kömək etmək və münaqişəni dayandırmaq işində fəal rol oynamağa davam edəcək, həmçinin eyni vaxtda həm inkişafı, həm də təhlükəsizliyi təmin edə biləcək yeni müharibədən sonrakı regional arxitekturanın yaradılmasını dəstəkləyəcək", - Əraqçi yazıb.
Xatırladaq ki, aprelin 14-də ÇXR sədri Si Cinpinq Yaxın Şərqdə sülhün və sabitliyin qorunması üzrə dörd təklif (prinsip) irəli sürmüşdü. Təkliflərə aşağıdakılar daxildir: dövlətlərin müstəqilliyinin və ərazi bütövlüyünün dəstəklənməsi; iqtisadi maraqların sabitliyin təmin edilməsi ilə birləşdirilməsi; Fars körfəzi ölkələri arasında dialoqa kömək edilməsi; təhlükəsizlik arxitekturasının formalaşdırılmasında beynəlxalq hüquqa riayət olunması.
Oxşar xəbərlər
Fransa ABŞ və İran arasında sülhün əldə olunacağına ümid edir
XİN başçısı: İran tezliklə Yaxın Şərqdə sabitliyin bərqərar olacağını gözləyir
Fransa Yaxın Şərqdə diplomatik yanaşmanın davam etdirilməsini dəstəkləyir
İran XİN: Ermənistanla regionda sabitliyin tərəfdarıyıq
Əraqçi Putinin bu il Tehrana səfər edəcəyinə ümid edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
