Serbiyada Ərdoğanın planlaşdırılan səfəri ilə bağlı komitə yaradılıb
Serbiyanın barışıq, regional əməkdaşlıq və sosial sabitlik naziri Usame Zukorliç Türkiyənin bu ölkədəki səfiri İlhan Saygılı ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Belqrad və Novi Pazar şəhərlərinə planlaşdırlan səfərini müzakirə edib.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə nazirin ofisi məlumat yayıb.
Bildirilib ki, Türkiyə Prezidentinin səfərinin yüksək səviyyədə baş tutmasını təmin etmək üçün yaradılan komitəyə U. Zukorliç rəhbərlik edəcək.
"Tərəflər prezident Ərdoğanın səfərinin ən yüksək səviyyədə təşkil edilməli olduğu barədə razılığa gəliblər", - məlumatda vurğulanıb.
Xatırladaq ki, Türkiyə Prezidentinin səfəri Serbiya Prezidenti Aleksandar Vuçiçin cari ilin fevralında Ankaraya səfəri zamanı elan edilmişdi.
"May və ya iyun ayında Belqrada və Novi Pazara geniş heyətlə səfər gerçəkləşdirəcəyik", - R.T. Ərdoğan bildirmişdi. Bununla belə, səfərin dəqiq tarixi hələlik müəyyənləşdirilməyib.
Oxşar xəbərlər
Türkiyənin müvəqqəti işlər vəkili: Ərdoğanın Suriyaya səfəri gözlənilir
Ərdoğan Ukraynaya səfər edəcək
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Türkiyə Prezidenti Suriyaya səfər edəcək
Misir Prezidenti Türkiyədə səfərdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
