Ərdoğan Ukraynaya səfər edəcək
sizinxeber.az xəbər saytı

Ərdoğan Ukraynaya səfər edəcək


Ukrayna Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfərinə hazırlıq görür, bu, müharibənin başlamasından bəri onun bu ölkəyə ilk səfəri olacaq.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal “RBK-Ukrayna”ya müsahibəsində bildirib.

Səfərin əsas mövzusu ölkələr arasında azad ticarət sazişinin ratifikasiyası ilə bağlı ola bilər.

Onun sözlərinə görə, hazırda Ukrayna tərəfi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərinin təşkili üzərində fəal şəkildə işləyir. Ərdoğana şəxsi dəvəti Prezident Volodimir Zelenski çatdırıb və diplomatın qeyd etdiyi kimi, o özü Türkiyə lideri ilə son görüşü zamanı bu dəvəti təsdiqləyib.

"Bu səfər böyük səylər tələb edir, çünki onun həyata keçirilməsinə mane olan bir çox məsələlər var", - N.Cəlal bildirib.

Oxşar xəbərlər

Ərdoğan Kiyevə səfər edəcək
Zelenski Ankarada Ukraynanın yeni səfirlik binasının açılışında iştirak edib
Ankarada Ərdoğan və Zelenski arasında danışıqların gündəliyi açıqlanıb
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər