İran Hörmüz boğazında Cənubi Koreya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib
sizinxeber.az xəbər saytı

İran Hörmüz boğazında Cənubi Koreya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib


Cənubi Koreyanın İran üzrə xüsusi nümayəndəsi Çon Byon Ha bu ölkənin xarici işlər naziri Abbas Əraqçi ilə Tehranda görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Görüş Yaxın Şərqdə gərginliyin artması fonunda Hörmüz boğazında çətin vəziyyətdə qalan Cənubi Koreya gəmiləri və dənizçilərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində Seulun səyləri fonunda baş tutub.

Çon Byon diplomatik səylərin münaqişəyə son qoymağa imkan verəcəyinə və regionda sülh və sabitliyə gətirib çıxaracağına ümidvar olduğunu bildirib. O, həmçinin Seul və Tehran arasında ikitərəfli münasibətlərin inkişafının vacibliyini vurğulayıb.

Əraqçi bu mövqeyi dəstəkləyərək, İranın qeyd olunan istiqamətdə Cənubi Koreya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

"Yonhap" agentliyinin məlumatına görə, hazırda Cənubi Koreyanın 26 gəmisi və 173 dənizçisi Hörmüz boğazında qalmaqdadır.

Oxşar xəbərlər

Əraqçi və Cənubi Koreyanın XİN rəsmisi Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Cənubi Koreya Hörmüz boğazında vəziyyətin normallaşması üçün İranla danışıqlar aparır
Cənubi Koreyanın İrana təyin etdiyi xüsusi elçi Hörmüz boğazında təhlükəsiz keçidi təmin edəcək
Cənubi Koreya Hörmüz boğazına alternativlər axtarmağa davam edəcək
Cənubi Koreya Hörmüz boğazından yan keçərək Qırmızı dənizlə neft tədarük edən ilk ölkə oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər