Cənubi Koreya Hörmüz boğazına alternativlər axtarmağa davam edəcək
Cənubi Koreyanın milli təhlükəsizlik üzrə müşaviri Vi Son Lak Hörmüzlə gəmilərin hərəkətinin hələ də bloklandığı üçün Seulun boğaza alternativ marşrutlar axtarmağa davam edəcəyini bildirib.
"Report" xəbər verir ki, bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb.
Brifinqdə çıxışı zamanı Vi vurğulayıb ki, hökumət boğazda İran tərəfindən davam edən məhdudiyyətlərlə bağlı narahatlıqlar fonunda bundan sonra da xam neftin alternativ tədarükünü təmin etmək niyyətindədir.
"Hörmüz boğazından gəmilərin hərəkəti pozulmuş olaraq qalır. Tədarük zəncirlərindəki qeyri-müəyyənlik çox güman ki yaxın vaxtlarda da davam edəcək", - o bildirib.
Vi əlavə edib ki, atəşkəs razılaşması əldə olunduqdan sonra boğazdan keçən gəmilərin sayı artmayıb.
"Əgər boğazda ilişib qalan 2 minə yaxın gəmi eyni vaxtda oradan çıxmağa cəhd edərsə, bu, vaxt apara bilər, təhlükəsiz marşrutların təmin edilməsi isə həmçinin mürəkkəb məsələyə çevriləcək", - o deyib.
Onun sözlərinə görə, hökumət bütün gəmilərin və onların heyətlərinin, o cümlədən Hörmüz boğazında bloklanmış vəziyyətdə qalan Cənubi Koreya bayrağı altındakı 26 gəminin təhlükəsizliyini təmin etmək üçün əlaqədar ölkələrlə qarşılıqlı əməkdaşlığı davam etdirmək niyyətindədir.
Oxşar xəbərlər
Cənubi Koreyanın İrana təyin etdiyi xüsusi elçi Hörmüz boğazında təhlükəsiz keçidi təmin edəcək
Atəşkəsdən sonra Hörmüz boğazından iki gəmi keçdi
Media: İsrailin Livana zərbələrindən sonra İran Hörmüz boğazını bağlayıb
SEPAH mina təhlükəsinə görə Hörmüz boğazından keçid üçün yeni qaydalar tətbiq edib
WSJ: ABŞ Hörmüz boğazından gəmilərin müşayiəti üçün koalisiyanın yaradıldığını elan edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
