Ukrayna Samara və Nijni Novqorodda enerji infrastrukturuna zərbələr endirib
sizinxeber.az xəbər saytı

Ukrayna Samara və Nijni Novqorodda enerji infrastrukturuna zərbələr endirib


Ukraynanın müdafiə qüvvələri aprelin 23-nə keçən gecə Samarada neft emalı zavoduna (NEZ) və Nijni Novqorod vilayətindəki "Qorki" nasos-kompressor stansiyasına zərbələr endirib.

"Sizinxeber.az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib.

Öz növbəsində, Rusiyanın Novokuybyşevsk şəhərinin qubernatoru Vyaçeslav Fedorişev Ukrayna dronlarının sənaye müəssisələrinə hücumu barədə məlumat verib.

"Ukrayna pilotsuz uçuş aparatlarının regionumuza hücumu davam edir. Novokuybyşevskdə sənaye müəssisələrinə zərbə nəticəsində xəsarət alanlar var. Bir nəfər həlak olub", – o bəyan edib.

Oxşar xəbərlər

Ukrayna Rusiyadakı neft obyektlərinə hücum edib
Ukrayna Rusiyanın neft stansiyasına hücum edib, yanğın baş verib
Rusiya Ukraynanın hərbi aerodromuna zərbə endirib
Ukrayna ordusu Rusiyanın bir sıra mühüm obyektlərinə zərbə endirib
Ukrayna Rusiya ərazisindəki hərbi hissəyə və neft emalı zavoduna zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər