Kiyevdə yerli sakinləri öldürən şəxs zərərsizləşdirilib
Ukraynanın paytaxı Kiyev şəhərinin Qolosiyevski rayonunda naməlum silahlı şəxs insanlara atəş açıb.
"Sizinxeber.az"un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.
Şəhər meri Vitali Kliçko özünün Telegram kanalında atəş açan şəxsin saxlanılması üçün xüsusi əməliyyatın davam etdiyini açıqlayıb.
"Atəş açan və hazırda supermarketdə olan şəxsin saxlanılması üçün xüsusi əməliyyat davam edir. İlkin məlumata görə, supermarketin içərisində də silah səsləri eşidilib. Atışma nəticəsində bir neçə nəfər yaralanıb və bir neçə nəfər ölüb", - deyə mer bildirib. Onun sözlərinə görə, yaralılar arasında bir uşaq da var.
Ukraynanın daxili işlər naziri İqor Klimenko isə qısa müddət sonra bildirib ki, cinayətkar 1968-ci il təvəllüdlü Dmitri Vasilçenkov olub. Nazirin sözlərinə görə, silahlı şəxs supermarketdə zərərsizləşdirilib.
İlkin məlumatlara görə, atışma nəticəsində iki nəfər ölüb, 10 nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Ukraynada naməlum şəxsin açdığı atəş nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb
Banqkokda kütləvi atışma olub: ən azı altı nəfər ölüb - YENİLƏNİB
Kiyevə hücum nəticəsində doqquz nəfər həlak olub, 70 nəfər yaralanıb - YENİLƏNİB
Havay ştatında silahlı insidentdə 4 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
Cənubi Koreya - Çexiya oyununun ən yaxşı futbolçusu açıqlanıb
-
Azərbaycanda hissedilən zəlzələ olub - YENİLƏNİB-1
