Nigeriyada bazara endirilən aviazərbə nəticəsində azı 200 nəfər ölüb
Nigeriya hərbçilərinin ölkənin şimal-şərqindəki Yobe ştatında bazara endirdiyi aviazərbə nəticəsində ən azı 200 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Qeyd olunur ki, zərbə Yobe və Borno ştatlarının sərhədində yerləşən, ordunun "Boko Haram" terror qruplaşmasının yaraqlılarını təqib etdiyi Cilli kəndindəki bazara endirilib.
Rayon rəhbərinin məsləhətçisi və Fuçimeram dairəsinin ənənəvi rəhbəri Lavan Zanna Nur Geydamın sözlərinə görə, ölənlərin sayı 200 nəfəri keçib. O bildirib ki, yaralılar Yobe və Borno ştatlarındakı xəstəxanalara çatdırılıb.
Aviazərbə və qurbanların sayı barədə məlumatı üç yerli sakin və beynəlxalq humanitar təşkilatlardan birinin nümayəndəsi də təsdiqləyib.
Nigeriyanın Hərbi Hava Qüvvələri Cilli ərazisində "Boko Haram" yaraqlılarının məhv edildiyini açıqlayıb.
Yobe Ştatının Fövqəladə Hallar üzrə Agentliyi Cilli bazarında tacirlər arasında qurbanların olduğu insident barədə ilkin məlumatlar aldığını və artıq təcili reaksiya tədbirlərinə başladığını bildirib.
Zərərçəkənlərdən biri, 43 yaşlı tibbi ləvazimatlar satıcısı Əhməd Əli partlayış zamanı yaralandığını danışıb. Onun sözlərinə görə, zərbə anında o qaçmağa çalışıb, lakin sonra digər insanlarla birlikdə yerə uzanıb.
Oxşar xəbərlər
Nigeriyada terrorçular 81 sakini qətlə yetirib
KİV: "Boko Haram" silahlıları Nigeriyada 20 balıqçını öldürüblər
“Boko Haram” silahlıları Nigeriyada 20 nəfəri qətlə yetiriblər
Nigeriyada avtobus dayanacağında partlayış baş verib, 9 nəfər ölüb
Nigeriyada 70 “Boko Haram” üzvü zərərsizləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
IATA 2030-cu ilə qədər SAF istehsalı üzrə bir çox layihənin reallaşacağına şübhə ilə yanaşır
-
FHN-in Sumqayıt Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib
